Çindən Azərbaycana dəmir yolu xətti çəkiləcək - SƏFİR

  • By admin
  • 27 Mart 2018 15:48
Çin Aktaudan və ya Atıraudan keçməklə Azərbaycana dəmir yolu xətti çəkilməsi məsələsini gözdən keçirir.
Gununsesi.info “kazinform”a istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Qazaxıstan Respublikasındakı səfiri Çjan Hanhuey mətbuat konfransında bildirib.
Diplomat Çinin Mərkəzi Asiyada böyük planları olduğunu və bunların həm ÇXR-ə, həm də Mərkəzi Asiya ölkələrinə fayda gətirəcəyini qeyd edib. Çjan Hanhuey bildirib: “Özbəkistandan və Qazaxıstandan keçməklə Türkmənistandan Çinə çəkilmiş qaz boru kəməri Honkonqa çatıb. Bu, dünyada ən uzun qaz boru xətti və ən mürəkkəb mühəndis sistemidir. Biz bunu etdik və məhz bu, müasir İpək Yoludur”.
Diplomat, həmçinin əlavə edib ki, Qazaxıstandan keçməklə Mərkəzi Asiya ölkələrinə və Avropaya artıq iki dəmir yolu xətti çəkilib. Səfir deyib: “Bunun ardınca Türkmənistandan və Türkiyədən keçməklə Yaxın Şərqə, daha sonra Aktaudan və ya Atıraudan keçməklə Azərbaycana dəmir yolu xətti çəkilməsi imkanlarını öyrənəcəyik. Bundan ötrü texnologiya mövcuddur”.
Gununsesi.info