Çində ağır yol qəzası, 18 nəfər ölüb

  • By admin
  • 30 İyun 2018 10:22

Çində ağır yol qəzası, 18 nəfər ölüb

Çinin Xunan əyalətində avtobusla yük maşınının toqquşması nəticəsində 18 nəfər ölüb, daha 14-ü yaralanıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, polisin məlumatına görə, avtobus qəfil idarəetməni itirib, maneəyə çırpılaraq qarşı zolağa keçib və nəticədə yük maşını ilə toqquşub.

Hüquq mühafizə orqanları qəzanın səbəblərini araşdırırlar.