Çində həyat mübarizəsi aparan həkimlər - FOTOLAR

  • By admin
  • 01 Fevral 2020 21:17

İndi bütün dünyanın diqqəti Çinin Uhan şəhərində baş verənlərə yönəlib. Amma yəqin ki, az adam yerli həkimlər və tibb bacıları üçün koronavirusun episentrində çalışmağın nə qədər çətin olduğunu düşünür.

Onlar bütün günü xəstələrin ətrafında keçirirlər, özləri də infeksiya riski daşıyır. Tibb bacıları bir-birinin saçlarını kəsir, qoruyucu kostyum geyinirlər. Yerli xəstəxanalarda artıq uzun saçlı tibb bacıları yoxdur. Bu, infeksiya və virusun yayılma riskini qarşısını almaq üçün lazımdır, çünki saçlar infeksiya mənbəyinə çevrilə bilər. İlkin hazırlıqdan sonra həkimlər və tibb bacıları həmkarlarını tanımaq üçün xüsusi qoruyucu kostyumlar geyinib adlarını yazırlar.

Gununsesi.org çətin şəraitdə çalışan çinli tibb işçilərinin fotolarını təqdim edir: