Çində insanlar ölümündən sonrasını düşünür - HAMI ÖZÜNƏ QƏBİR YERİ ALIR

  • By admin
  • 17 Aprel 2018 07:55

Çinin bölgələtindən birində çinlilər kütləvi şəkildə qəbir yeri alırlar. Bu barədə South China Morning Post nəşri xəbər verir. Ölkənin şərq hissəsində yerləşən Xubey bölgəsində diri insanlar üçün 80 min qəbir yeri satılıb. Qəbir yeri sahibləri arasında 10 yaşdan kiçik uşaqlar da var.

Bölgənin 75 min sakininin 95 faizi 60 yaşdan böyükdür. Eyni zamanda bir çox cavan adamlar özləri üçün qəbir yeri alıblar və onu ölüm günləri üçün hazırlayıblar. Bir çox qəbir daşlarının üzərində gələcək sahibinin doğum tarixi də yer alıb. Bu ənənənin yayılmasına yerli ənənə səbəb olub. 30 yaşına çatan insan artıq özünün son mənzili barədə planlar qurur. Amma heç də bütün çinlilər buna müsbət yanaşmır. Çinin sosial şəbəkəsi olan Weibo Chenxi istifadəçisi yazıb ki, bununla mübarizə aparmaq lazımdır. Belə ki, “torpaq ictimai resursdur”.

Buna cavab olaraq özlərinə qəbir yeri alanlar cavab verdilər ki, “insanlar özlərinə torpaq sahəsi almaq və onu istədikləri kimi istifadə etmək hüququna malikdilər”.

Gununsesi.info