Çində partlayış nəticəsində ölənlərin sayı 14-ə çatdı

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 07:58

partlayis

Çinin Şensi əyalətində baş verən partlayış baş verib.

Partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən  xəbərinə görə, 147 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 11-i ağır vəziyyətdədir.

Son məlumata görə, inzibati binada baş verən partlayış zamanı 58 evə və 63 avtomobilə ziyan dəyib, yaxınlıqda yerləşən bəzi tikililər  qismən uçub.

İlkin versiyaya əsasən, hadisəyə naməlum partlayıcı maddənin iş düşməsi səbəb olub. Binanın sahibi polis tərəfindən saxlanılıb. Hadisə yerində axtarış-xilasetmə işləri başa çatıb.  Araşdırmalar davam etdirilir.

Gununsesi.info