Çində təyyarə qəzası baş verib

  • Müəllif: admin
  • 29 Yanvar 2018 19:55


Çində hərbi təyyarə qəzaya uğrayıb.

APA-nın “China Plus”a istinadən verdiyi xəbərə görə, hadisə Çinin Quijou əyalətində baş verib.

Təyyarədə olan insanların sağ qalıb-qalmadığı hələlik məlum deyil.

Axtarış-xilasetmə qüvvələri və polis əməkdaşları hadisə yerindədir.

 

Gununsesi.info