Çində yaşayış binasında yanğın zamanı 14 nəfər həlak oldu

  • By admin
  • 16 İyul 2017 08:40

çinnn

Çinin şərqində yerləşən Çiyansu vilayətində yaşayış binasının yanması nəticəsində 14 nəfər həyatını itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli Jiangsu TV telekanalı məlumat yayıb. Telekanalın bildirdiyinə görə, yanğın bazar günü yerli vaxtla saat 4:30-da (Bakı vaxtı ilə 00:30) başlayıb. Hadisə zamanı evdə 20-dən çox insan olub.

Hazırda yanğın söndürülüb. İnsidentin səbəbləri araşdırılır.

Gununsesi.info