Çində yenidən quş qripi aşkarlanıb

  • By admin
  • 02 Fevral 2020 09:51

Çində koronavirusa yoluxma halının ilk qeydə alındığı Hubey əyaləti ilə sərhəddə yerləşən Xunan vilayətində quş qripi aşkarlanıb.

Gununsesi.org RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, H5N1 virusu Şuançin rayonunun Şaoyan şəhərindəki fermaların birində qeydə alınıb.

Yerli hakimiyyət orqanları infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görüb, 17,8 mindən çox toyuğu məhv ediblər.

Ərazi dezinfeksiya olunub və karantin altına alınıb. İnsana yoluxma hadisəsi isə qeydə alınmayıb.

 

 

Gununsesi.org