“Çingiz Qacar adlı birinin varlığını unudun, millətimi təhqir edənə sayğı duymaq borcum yoxdur"- DEPUTAT

  • By admin
  • 11 Mart 2017 20:53

ganire

“Biriləri Çingiz Qacara söyləsin ki, 1918-ci ildə Azərbaycanda erməni daşnak-bolşevikləri necə dəhşətli bir soyqırım törətmişdi və o zaman onlara kimlər yardım etmişdi. Biriləri Çingiz Qacara təqvimimizdəki 31 Martın tarixini danışsın. Biriləri Çingiz Qacağa Şəhidlər Xiyabanındakı Türk şəhidliyini göstərsin və o zaman Azərbaycana kimlərin yardım etdiyini bəlkə gec də olsa anlaya bilər…”

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

O, qeyd edib ki, biriləri Çingiz Qacara 37-ci illərdə bu millətin çoxlu sayda milli aydınlarını “Pantürkist” deyə,qətlə yetirənlərdən danışsın.

Cingiz_qacar

“Biriləri Çingiz Qacara Xocalı soyqırımında Azərbaycan vətəndaşlarını Türk olduqları üçün acımasızcasına qətlə yetirənlərdən danışsın.

Biriləri Çingiz Qacara Xocalı soyqırımı zamanı orada olan 366 alaydan danışsın.

Əgər bunlardan sonra Türk millətindən üzr istəməsə, ona heç nə deməyin.

Sadəcə, Çingiz Qacar adlı birinin varlığını unudun.

Əgər Türk milləti ilə bağlı mətbuatda söylədiyi fikirlərə təkzib verməsə və üzr istəməzsə, şəxsən mən hər zaman belə bir alim, ziyalı tanımıram deyəcəm.

Millətimi təhqir edənə sayğı duymaq kimi bir borcum yoxdur.

Millətimə sayğı göstərməyən heç bir insana sayğı göstərmirəm. Çünki Millətimə sayğı göstərməyən mənə sayğı göstərə bilməz.

P.S Bir də biriləri “keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub” deyən bu adama desin ki, Azərbaycan Türklərin Vətənidir, əhalinin çox hissəsi də Türklərdir və bir az məntiqin olsun, heç olmasa….
P.P.S Hər kəs içini tökür ortaya… Hər zərərdə bir xeyir də var deyib, babalarımız… Hər kəsi daha yaxından tanımaq imkanı yaranır.

Sadəcə, unutmamaq lazımdır…

Unutmamaq…”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

ganira_pashayeva_180215_1 (1)

Kamil HƏMZƏOĞLU

Gununsesi.info