Çinlə gərginlik: Rusiya Hindistana 800 milyon dollarlıq silah satır

  • By admin
  • 07 İyul 2020 12:27

Hindistan hakimiyyəti yaxın vaxtlarda Rusiyadan 800 milyon dollar dəyərində silah alacaq.

Gununsesi.org bildirir ki, bu barədə “Defense News” məlumat yayıb.

Hindistan tərəfinin Rusiyadan növbəti dəfə iri həcmdə silah almasına səbəb kimi Çinlə münasibətlərdə gərginlik göstərilib.

Hindistanın Rusiyadan tanklar, təyyarələr, hərbi gəmi və sualtı qayıqlar üçün döyüş sursatları, həmçinin, ehtiyat hissələri alması gözlənilir.

Bununla yanaşı, sifarişə artilleriya qurğuları, atıcı silahlar, minaatanlar, minalar və ağıllı bombalar da daxil olacaq.

Gununsesi.org