Cinsini dəyişən kişi uşaq doğacaq – Dünyada ilk + Foto

  • By admin
  • 03 İyul 2017 21:09

1499095189-65

 

İngiltərədə yaşayan Hayden Kross dünyaya kişi olaraq gəlsə də sonradan cinsini dəyişərək qadın olub.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, Kross uşaq doğmaq qərarına da gəlib.

Tibbdə daha öncə olmayan bir şeyi istəyən 20 yaşlı gənc bu istəyinə də nail olub. Belə ki, 4 aylıq hamilə olan Kross “ana” olmağa hazırlaşır.

O, hamiləlik baş tutarsa kişi olaraq dünyaya gələrək cinsini dəyişdikdən sonra uşaq doğan ilk insan olacaq.

Qeyd edək ki, 3 il öncə cinsini dəyişmə prosesinə başlayan Hayden Kross hamiləliyə görə bu prosesi dondurub. O, doğuşdan sonra prosesə davam edəcəyini bildirib.

Gununsesi.info