“CNN”-nin yayımı dayandırıldı - İSPAN DİLİNDƏ

  • By admin
  • 16 Fevral 2017 12:24

CNN

Venesuela diplomatların terroristlərə pasport satdığını iddia edən “CNN”-nin bu ölkədəki yayımı dayandırılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Venesuela Milli Telekommunikasiya Komissiyası bəyan edib ki, Venesuelada sülhü və demokratik sabitliyi təhdid etdiyinə görə, “CNN”-nin bu ölkədə ispanca yayımı dayandırılıb.

Lakin “CNN”-nin də Venesuela hökumətinin verdiyi bu qərara münasibəti gecikməyib: “ “CNN” yayımlanan bütün xəbərlərinin arxasında durur, lakin hökumət venesuelalıların “CNN” xəbərlərini dinləməsinə mane olurlar. Bütün bunlara baxmayaraq, kanal “YouTube” və internet üzərindən yayımını davam etdirəcək”.

Anar
Gununsesi.info