Co Bayden 15 iyul olaylarını 11 sentyabr hadisələrinə bənzətdi

  • By admin
  • 24 Avqust 2016 14:47
co bayden
Ankarada səfərdə olan ABŞ vitse-prezidenti Co Bayden  ilk olaraq Türkiyə Böyük Millət Məclisinə (TBMM) gəlib və orada spiker İsmail Kahramanla görüşüb.
Gununsesi.info-nun məlumatına görə, İ. Kahramnala qapalı qapılar arxasnda görüşnən C. Bayden 15 iyulda Türkiyədə yaşananları 11 sentyabr 2001-ci ildə ABŞ-da yaşanan hadisələrlə bərabər tutub: “Biz də 11 sentyabrda ölümü göz önünə aldıq”. Görüşdə eyni zamanda  FETÖ lideri Fətullah Gülənin Türkiyəyə təslim edilməsi məsələsi müzakirə olunub. C. Bayden öz növbəsində ABŞ-ın hüquqi dövlət və məsələ ilə bağlı müəyyən prosedur qaydaların olduğunu dilə gətirib. C. Baydenin parlamentin binasını ziyarət edən zaman  İ. Kahramanın yanında parlamentdə təmsil olunan dörd partiyann təçmsilçisi də olub.  C. Baydenə Məclisi ziyarəti zamanı ona  15 iyul gecəsinə aid bir mərmər parçası təqdim edilib. 
Qeyd edək ki, C. Baydenin hazırda baş nazir Binəli Yıldırımla görüşür. Görüşdən sonra mətbuata açıqlam veriləcək.
Gununsesi.info