COCA-COLA qiymətləri qaldırmaq qərarı verdi

  • By admin
  • 20 İyul 2017 15:54

cocacola

Azərbaycanda 10 ticarət markasının istehsalını həyata keçirən “Coca-Cola Azərbaycan” qiymət və qarşıdakı məhsul istehsalı siyasətindəki yeni strategiyasını açıqladı.

Gununsesi.info xəbər verir ki, şirkət istehsal həcmini artırmağa, lakin bu fonda qiymətləri yüksəltməməyə qərar verib.
Coca-Cola”nın Qafqaz Regionu üzrə meneceri Əsəd Şirinovun sözlərinə görə, şirkət 2014-cü ildə istehsal üzrə rekorda imza atıb. Lakin 2015-ci ildən bəri ölkəmizdə, eyni zamanda “Coca-Cola Azərbaycan”ın məhsul ixrac etdiyi orta Asiya və Qafqaz regionunda yaşanan iqtisadi böhran şirkətin istehsalını 30% azaldıb.
Gəlirlər ilə bağlı itkilər isə daha böyükdür. Çünki əsas xammal olan serumu və bir neçə digər qatqını dollar və avroda alan müəssisə 120 faizə qədər devalvasiya fonunda qiymətləri cəmi 40% qaldırıb.

Gununsesi.info