Con Makkeynə beyin xərçəngi diaqnozu qoyulub

  • By admin
  • 20 İyul 2017 16:12

CONMAKKEYN

Respublikaçı-senator Con Makekkeyndə beyin şişi tapılıb. “Reuters” senatorun ofisinə istinadən xəbər verir ki, həkimlər Makkeynə qlioblastoma (trombun yaratdığı) diaqnozu qoyulub.

Bir müddət əvvəl Makkeynin sol gözündə də tromb yaranmış və əməliyyatla götürülmüşdü.

“Mayo Clinic”dən bildiriblər ki, senator əməliyyat olunub. Və hazırda o və ailəsi müalicənin bundan sonrakı mərhələsi ilə bağlı yekun qərar üzərində düşünürlər. Təklif edilən müalicə metodları arasında kimyaterapiya da var.

Qlioblastoma beyin şişinin ən ağır forması sayılır. Müalicə zamanı kimyaterapiyadan və cərrahi əməliyyatdan istifadə olunur.

Bu xəstələr müalicəsiz bir neçə ay, kimyaterapiya ilə 15 ay, ən yaxşı halda 2 il yaşaya bilirlər.