Corc Mayklın malikanəsi satışa çıxarıldı - 5.9 milyon dollar dəyərində

  • Müəllif: admin
  • 03 Avqust 2019 10:02

Dünya pop musiqisinin əfsanəsi, müğənni Corc Mayklın yaşadığı dəbdəbəli malikanə satışa çıxarılıb.

Gununsesi.org  “Hello Magazin”-ə istinadən xəbər verir ki, sənətçiyə məxsus olan Kaliforniyadaki lüks villaya 5.9 milyon dollar qiymət qoyulub.

Təbiətin gözəl guşələrindən olan Santa-Barbara təpələrində yerləşən malikanənin ərazisi 20 min kvm-dən çox ərazini tutur. İkimərtəbəli evin sahəsi 450 kvm-dir. Villanın 5 geniş yataq, 6 vanna və mətbəx daxil böyük qonaq otağı var.

Cah-calallı malikanədə geniş hovuz, tennis kortu, sauna və 25 avtomobil üçün dayanacaq da mövcuddur.

Qeyd edək ki, dünya şöhrətli britaniyalı müğənni Corc Maykl 2016-cı il dekabrın 26-da, 53 yaşında dünyasını dəyişib. Polislər pop ulduzun ölümündə heç bir şübhəli hal aşkar etməyiblər.

Rəşad Əliyev

Gununsesi.org