“COVID-19 Moskvada geri çəkilməyə davam edir” - SOBYANİN

  • By admin
  • 09 İyul 2020 16:01

“COVID-19 pandemiyası Moskvada geri çəkilməyə davam edir, yeni yoluxma dalğası baş verməyib”.

Gununsesi.org-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz şəxsi bloqunda yazıb.

Onun sözlərinə görə, yoluxmanın maksimal səviyyəsinin qeydə alındığı may ayının əvvəli ilə müqayisədə bu gün koronavirusa yoluxma halları təxminən 10,7 dəfə azalıb. Mer koronavirus xəstəxanalarının yüklənməsinin də 3,9 dəfə azaldığını deyib.

 

O, müsbət tendensiyanın paytaxtda məhdudlaşdırılmaların aradan qaldırılmasının növbəti mərhələsinə keçməyə imkan verdiyini söyləyib.

 

 

Gununsesi.org