COVID-19 pasportu olmayanlar məhkumlarla uzunmüddətli görüşə buraxılmır

  • By admin
  • 25 Avqust 2021 11:50

Azərbaycanda məhkumlarla ailə üzvləri arasında uzunmüddətli görüşlərin keçirilməsinə yenidən icazə verilir.

Gununsesi.info-nun məlumatına görə, artıq bir sıra cəzaçəkmə müəssisələrində belə görüşlər təşkil olunur.

Pandemiya şəraiti davam etdiyindən məhkumlarla uzunmüddətli görüşlərin keçirilməsinə yalnız COVID-19 pasportu ilə icazə verilir.

Belə ki, hər iki doza ilə peyvəndlənmiş şəxslər həbsdə olan yaxınları ilə görüşə biləcəklər. Müvafiq sənədi olmayanlar isə uzunmüddətli görüşə buraxılmır.

Qeyd edək ki, ötən ilin mart ayından bəri koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar məhkumlarla görüşlər dayandırılmışdı.

Gununsesi.info