Həkimlər Rusiyada COVID-19 peyvəndinin sınaqlarında iştirak edən könüllülərin vəziyyətindən danışıblar.
Gununsesi.org bildirir ki, bu barədə “Krasnaya Zvezda” qəzeti yazıb.
Mütəxəssislər qeyd ediblər ki, peyvənd yeridilməsindən bu ana qədər hər hansı mənfi təsir müşahidə olunmayıb.
Sınaqlar çərçivəsində könüllülərin COVID-19-a qarşı immuniteti yoxlanılacaq, həmçinin, qanın kliniki və biokimyəvi analizləri aparılacaq.
Xatırladaq ki, Rusiyada peyvəndin sınaqlarına iyunun 18-də başlanılıb.
Gununsesi.org