Cozef Baydenə xəbərdarlıq – Polisin səsini itirə bilər

  • By admin
  • 05 İyun 2020 15:04
İyunun 9-u ABŞ-ın Minneapolis şəhərində ağdərili polis tərəfindən öldürülən qaradərili Corc Floydla vida mərasimi keçiriləcək. Koronavirus pandemiyasına görə izolyasiyada olmasına baxmayaraq ABŞ-ın sabiq vitse-prezidenti, 77 yaşlı Cozef Bayden də Corc Floydun dəfnində iştirak edəcəyini bildirib.
Gununsesi.org-un Moderator.az-a istinadla məlumatına görə, bəzi siyasi analitiklər və analitik yazıları ilə ABŞ-da böyük nüfuz qazanmış “Politico” nəşri Cozef Baydenin Corc Floydun dəfn mərasiminə qatılmasını siyasi səhv adlandırıb. Belə ki, bu ilin noyabrında ABŞ-da prezident seçkisi keçiriləcək. Demokratlar Partiyasından prezidentliyə Cozef Baydenin namizəd olacağı gözlənilir. O, hazırkı prezident Donald Trampın əsas rəqibi sayılır. Baydenin Floydun dəfnində iştirak etmək qərarını yanlış hesab edən siyasi analitiklər bildirirlər ki, Bayden orta yaşayış səviyyəli amerikalıların sevimlisi, həmkarlar ittifaqının, sıravi polislərin dostu kimi tanınır və onun seçki ərəfəsində belə bir addım atması seçki kampaniyasına mənfi təsir edəcək.  “Politico” Baydenin tezliklə polislərin dəstəyini itirəcəyini yazıb. ABŞ prezidentliyinə namizədi ciddi xəbərdar edən “Politico”nun yazdığına görə, Bayden mitinqçiləri dəstəkləməkdənsə, etirazçılarla polis arasında vasitəçi missiyasını yerinə yetirməli idi. Analitiklərin fikrincə, bu, Donald Tramp üçün “sol yumruq effekti” (boksçu Məhəmməd Əli sol əllə endidiyi zərbə ilə rəqiblərini nokauta salırdı) ola bilərdi. Bütün analizlərə, təhlillərə və tənqidlərə baxmayaraq, Cozef Bayden yenə də öz vətəndaş, siyasətçi borcunu yerinə yetirəcəyini və Floydun dəfnində hökmən iştirak edəcəyini deyib.
Gununsesi.org