Cüdo üzrə Azərbaycan millisi Avropada 4-cü olub

  • By admin
  • 21 Noyabr 2020 21:58

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan yığması yarışı 4-cü pillədə başa vurub.

5 medal – 1 qızıl, 1 gümüş və 3 bürünc əldə edən cüdoçularımız yalınız Fransa, Rusiya və Gürcüstandan geri qalıb. Komandamızın heyətində Orxan Səfərov (66 kq) çempionluq sevinci yaşayıbsa, İrina Kindzerska (+78 kq) yalnız finalda uduzub. Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) üçüncülüklə kifayətlənib.

Ümumilikdə isə 21 ölkə Praqada medala yiyələnib. Onların yalnız səkkizi çempionluq yaşayıb.

 yer ölkə qızıl gümüş bürünc Cəmi
1. Fransa 5 0 3 8
2. Rusiya 3 3 1 7
3. Gürcüstan 1 1 4 6
4. Azərbaycan 1 1 3 5
5. İsrail 1 1 0 2
6. Moldova 1 0 1 2
7-8. İtaliya 1 0 0 1
  Macarıstan 1 0 0 1
9. Serbiya 0 2 0 2
10. Almaniya 0 1 3 4
11. Portuqaliya 0 1 2 3
12. Niderland 0 1 1 2
13-15. Bolqarıstan 0 1 0 1
  Avstriya 0 1 0 1
  Rumıniya 0 1 0 1
16. Belçika 0 0 3 3
17-18. İspaniya 0 0 2 2
  Kosovo 0 0 2 2
19-21. Ukrayna 0 0 1 1
  Xorvatiya 0 0 1 1
  İsveç 0 0 1 1

Gununsesi.info