Cüdoçularımız “Böyük Dəbilqə” turnirinin qalibi olub

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 23:44

4e933a9f9ce0322f2d46ef5749b26388

Azərbaycan cüdoçuları Abu-Dabidə keçirilən “Böyük Dəbilqə” beynəlxalq yarışında uğurla çıxış ediblər.

Gununsesi.info-nun xəbərinə görə,  milli komandamızın üzvləri Elxan Məmmədov, Rüstəm Orucov, Tural Səfquliyev müvafiq surətdə qızıl, gümüş və bürünc medal qazanıblar.

Azərbaycan millisi bu nəticə ilə kişilərin yarışında komanda hesabında 1-ci yeri tutub. Aktivində 1 qızıl və 3 bürünc medal olan Rusiya yığması 2-ci yerdə qərarlaşıb.

1 qızıl və 1 bürünc medal qazanan Serbiya cüdoçuları 3-cü olublar.

Gununsesi.info