Cüdoçumuz Antalyada bürünc medal qazandı - FOTO

  • By admin
  • 08 Aprel 2017 10:52

cudo
Türkiyənin Antalya şəhərində cüdo üzrə “Qran-Pri”yarışına start verilib. Azərbaycan milli komandasının da iştirak etdiyi yarışın ilk günündə 7 cüdoçumuz tatami üzərinə çıxıb.

Cüdo Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, qadın təmsilçilərimizdən 52 kq çəki dərəcəsində çıxış edən Nəzakət Əzizova qardaş ölkədə bürünc medal qazanıb. 48 kq çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı isə 5-ci olub.

Qeyd edək ki, 34 ölkədən 252 idmançının (155 oğlan, 97 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunur.

Xatırladaq ki, Antalya “Qran-Pri”sinə aprelin 9-da yekun vurulacaq.

Anar
Gununsesi.info