Cüdoçumuz Ramil Qasımov “Rio-2016”-da qızıl medala sahibləndi - YENİLƏNDİ

  • By admin
  • 09 Sentyabr 2016 23:52

ramin-5

Azərbaycan cüdoçusu Ramil Qasımov (73 kq) “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında  növbəti qələbəsini qazanıb və finala yüksəlib.

Gununsesi.info xəbər verir ki, qızıl medal uğrunda görüşdə Ramil Qasımov Ukrayna cüdoçusu Dmitri Solovey ilə üz-üzə gələcək.

***

Qeyd edək ki, Ramil Qasımov finalda da rəqibinə qalib gəlib və qızıl medala sahib olub.

Gununsesi.info