Türkiyənin ana müxalifət partiyası olan CXP-ni sarsıdan şok istefa yaşanıb.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, CXP genəl başqanı Kamal Kılıcdaroğluna yaxınlığı ilə seçilən partiya sözçüsü Selin Sayek Böke son günlər təşkilat daxilində yaşananlar səbəbindən vəzifəsindən gedib.
O, CXP genəl başqan yardımçılığı vəzifəsindən də istefa edib.
Selin Sayek Böke “Qatılımçı demokratiyaya, sosial-demokratiyanın təməl prinsiplərinə inanan və Türkiyənin özgürlükçü demokratiyaya qovuşmasının yolunun bu dəyərlərdən keçdiyini düşünən bir siyasətçi olaraq, gəlinən nöqtədə mövcud yönetim anlayışının parçası olmağı uygun bilmirəm”- deyə, vurğulayıb.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info