Dəhşətli zəlzələ proqnozu verildi

  • By admin
  • 15 Oktyabr 2017 08:30

zelzele-tezxeber_1391596560
Türkiyəli zəlzələ mütəxəssisi Oğuz Gündoğdu Bursa şəhərində 7 bal gücündə zəlzələ proqnozlaşdırdıqlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, oktyabrın 13-də Beynəlxalq Təbii Fəlakətlərin Azaldılması günü münasibətilə Bursa valiliyi ilə Bölgə Təbii Fəlakətlər və Fövqəladə Vəziyyət Müdirliyi birlikdə iclas təşkil ediblər. İclasdan sonra mətbuata açıqlama verən İstanbul Universiteti Geofizika Mühəndisliyi fakültəsinin müəllimi Oğuz Gündoğdu Bursada informasiyaları izlədiklərini və zəlzələ ilə bağlı məlumat əldə etmədiklərini bildirib.

“Nilüfər bölgəsində zəlzələni əvvəlcədən müəyyənləşdirmək üçün çalışırıq. Sistemi qurmuşuq, gələn informasiyanı daima nəzərdən keçiririk. Buradakı sistem vasitəsilə Bursada baş verəcək zəlzələni 1,5 ay əvvəl təxmin edəcəyimizə ümid edirik. Hələlik Bursada zəlzələ ehtimalı görünmür, lakin yeni tapdığımız zəlzələ mərkəzinin harada yerləşdiyini bilmirik, Ürünlü bölgəsində isə yerini cihazlarla müəyyənləşdirmişik” deyən mütəxəssis Bursada sonuncu belə dəhşətli zəlzələnin 1855-ci ildə baş verdiyini xatırladıb və güclü zəlzələlərin 100-200 ildə bir baş verdiyini, 7 bal gücündə zəlzələnin yaxınlaşdığını, fəlakətin qarşısını almaq üçün urbanizasiya prosesinin baş verməsinin vacibliyini vurğulayıb.

 

Gununsesi.info