Dəməşqdə partlayış baş verdi: Azı 8 nəfər öldü - YENİLƏNİB

  • Müəllif: admin
  • 02 İyul 2017 20:16

559276

Dəməşqin mərkəzi Təhrir meydanında intiharçı-terrorçu özünü partladıb.

Gununsesi.info bildirir ki, partlayış nəticəsində ölən və yaralanan var, lakin onların sayı dəqiq açıqlanmır.

Bildirilir ki, terrorçular silsilə partlayışlar törətmək niyyətində olublar, lakin polis əməkdaşların müdaxiləsi nəticəsində iki terrorçu zərərsizləşdirilib.

***

Dəməşqdə törədilən terror aktı nəticəsində ən az səkkiz nəfər həlak olub.

Terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində, həmçinin 12 nəfər xəsarət alıb.

Hadisə Dəməşqin Təhrir meydanında bomba yüklənmiş üç avtomobildən birinin partladılması nəticəsində baş verib. Digər iki avtomobil isə təhlükəsizlik qüvvələri tərəfindən partladılıb.

Bu, martda törədilən terror aktından sonra ən çox insan tələfatı ilə nəticələnən hadisədir.

Gununsesi.info