Dəmiryol stansiyasında dəhşətli qəza

  • Müəllif: admin
  • 21 İyun 2019 12:01

Bakıda qatar gənc oğlanı vurub.

Gununsesi.org-un verdiyi xəbərə görə, hadisə iyunun 20-si saat 23 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Dəmiryol stansiyasının yaxınlığında sərnişin qatarı 1996-cı il təvəllüdlü İkram Şahverdiyevi vuraraq yolun kənarına atıb və piyada hadisə yerində vəfat edib.

Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.org