Dənizə atılmış butulkadan məktub tapdılar – FİLM KİMİ HADİSƏ

  • By admin
  • 29 Yanvar 2018 22:32

Sadəcə filmlərdə gördüyümüz hadisə bir neçə gün əvvəl real həyatda yaşanıb.

Gununsesi.info xəbər verir ki, dəniz sahilində gəzən gənclər şüşə butulka tapıb. Burada diqqət çəkən məqam isə butulkanın içindən məktub çıxması olub.

Məktubda fransız dilində yazılıb:

“Mənim adım Sandstromdur. Ticarət gəmisində çalışıram. Müharibə, səfalət olmayan, ailənizlə çox vaxt keçirə biləcəyiniz, doyunca yemək yeyə biləcəyiniz bir dünya arzulayıram. Qul olmağı rədd edin, heysiyyətinizi dilə gətirin, ürəyinizin səsini dinləyin. Ancaq bundan sonra xoşbəxt ola bilərsiniz. Daha çox şey əldə etmək istəsəniz, başqalarına kömək edin. Tanrı səni qorusun. Oğlum Kevinə…”

 

 

 

 

Gununsesi.info