Dəniz Baykalın durumu kritik olaraq qalmaqdadır

  • Müəllif: admin
  • 17 Oktyabr 2017 13:58

deniz-baykal

Beyin əməliyyatı keçirən sabiq CHP lider, millət vəkili Dəniz Baykalın sağlıq durumunun yaxşı olduğu bildirilsə də, onun səhhətində hələ də ciddi sorunların olduğu bildirilir.

Gununsesi.info xəbər verir ki, Türkiyə səhiyyə naziri Ahmet Demircan Dəniz Baykalın səhhəti ilə bağlı açıqlamasında deyib: “Hazırda onun səhhəti ilə  bağlı narahat olacaq bir məqam yoxdur. Baykal bunun öhdəsindən gələcək. Müalicə nəticəsində onun sağalmasına ümid edirik”.

Onu da qeyd edək ki, Dəniz Baykalı əməliyyatdan sonra xəstəxanada Türkiyə Böyük Millət Məclisinin sədri Kahraman İsmayıl ziyarət edib. Kahraman İsmayıl ziyarət sonrası bildirib ki, Baykalın səhhətində  yaxşılığa doğru bir irəliləmə var: “Ona şəfa diləyirik. O dəyərli bir dövlət adamı və qiymətli insandır”.

Gununsesi.info