Dəniz daha iki can aldı

  • Müəllif: admin
  • 31 İyul 2017 16:34
deniz-boqulma
Bu gün daha iki nəfər dənizdə batıb.
Gununsesi.info Fövqəladə  Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,  Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1800 m aralı, nəzarətsiz ərazidə) batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər  1967-ci il təvəllüdlü Mübariz Əliyev Cavad oğlunun cəsədi batdığı yerdən 700 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:11-də başa çatıb.
 
Digər faciəvi hadisə isə Xəzər rayonu ərazisində ba. Verib. Belə ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və kimliyi məlum olmayan 1 kişinin cəsədi  sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Gununsesi.info