Dənizdə batan daha bir şəxs xilas edildi

  • Müəllif: admin
  • 02 Avqust 2017 21:14

batmaq

Abşeron rayonunda dənizdə batan şəxs xilas edilib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Abşeron rayonu, Fatmayı kəndində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi il’ üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 18:33-də başa çatıb.

Gununsesi.info