Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

  • Müəllif: admin
  • 20 İyul 2017 14:18

batmaq
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakının Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Anar
Gununsesi.info