“Dərdinizi, sirrinizi kiməsə deyəndə öncə düşünün!” - XOŞQƏDƏM HİDAYƏTQIZI

  • By admin
  • 02 Fevral 2017 14:40

xosqedem

Atam mənə 16 yaşımda bir məsləhət verdi. Dedi ki, qızım, çalış rəfiqən olmasın, ən yaxşı rəfiqən, dostun, anan və ailəndir. Bu günə qədər də bu məsləhəti dinləyirəm”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda tanınmış jurnalist,  tele-aparıcı Xoşqədəm Baxşəliyeva sosial şəbəkədəki səhifəsində yazıb:

“Hər kəsin ətrafında dərdini deyəcəyi, sirrini bölüşə biləcəyi insan olmalıdır. Amma indi elə dostlar tapmaq çox çətindir. Ətrafımızda mələk üzlü şeytanlara da rast gəlmək olur.Ona görə də dərdinizi, sirrinizi kiməsə deyəndə öncə düşünün! Atam mənə 16 yaşımda bir məsləhət verdi. Dedi ki, qızım, çalış rəfiqən olmasın, ən yaxşı rəfiqən, dostun, anan və ailəndir. Bu günə qədər də bu məsləhəti dinləyirəm. Rəbbim sizi mələk üzlü şeytanlardan, gözdən, nəfsdən, yalançı insanlardan qorusun!”.

Gülnaz Qənbərli

Gununsesi.info