“Dərman vasitələri haqqında” qanun dəyişdirilir

  • By admin
  • 26 Oktyabr 2016 13:10
Saxta derman
“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir.
Gununsesi.info xəbər verir ki, bu bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov məlumat verib. O qeyd edib ki, sözügedən qanuna tez-tez dəyişiklik edilir: “Bunun da səbəbi odur ki, ölkə başçısı dərman vasitələrinin təchizatı, pərakandə satışı sahəsində mühüm tapşırıqlar verib. Dərmanların keyfiyyəti, onların qiymətinin tənzimlənməsi sahəsində problemlər var idi. O cümlədən dərman vasitələrinin reklamı sahəsində də çatışmazlıqlar var idi. Azərbaycanda həkimin reseptlə yazdığı dərmanları reklam etmək qadağandır. Reklam olunduğu təqdirdə ağır nəticələri olur. Kimsə baxıb deyir ki, onun xəstəliyinin dərmanı tapılıb, həmin dərmanı alsa sağalacaq. Halbuki bunlar həkim müayinəsi olmadan verilən qərardır. İndi dərman vasitələrinin reklamı ilə qanuna bağlı 16-1.1 maddəsi təklif edilir. Burada bildirilir ki, yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Həmçinin dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır”.
Mürtəza
Gununsesi.info