Dərslər 2 həftəlik açılır, SONRA İSƏ.. - Nazir AÇIQLADI

  • By admin
  • 22 Yanvar 2021 12:18

Təhsil müəssisələrinin fəaliyyətinin bərpası təkcə Təhsil Nazirliyinin öhdəliyində deyil. Əlaqədar qurumlar, eyni zamanda Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir.

Gununsesi.info xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 1 fevraldan etibarən tədrisin mərhələli şəkildə bərpasına qərar verilir: “Ölkə üzrə ibtidai əsaslı, eyni zamanda məktəbəqədər təhsil qruplarında əyani təhsil böyük şəhərlərdə həftədə 3 dəfə, digərlərində isə həftədə 4-5 dəfə bərpa edilir. Bu qərarlar 2 həftə müddətində qüvvədədir. Fevral ayının 15-dən sonra epidemioloji statistik göstəricilərə əsasən müvafiq qərarlar qəbul ediləcək”.

Nazir bildirib ki, fevralın 1-dən 5-9-cu siniflər, eyni zamanda peşə təhsili müəssisələrində müvafiq qərarların verilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, bu barədə yaxın günlərdə qərar veriləcək: “Nəzərə alsaq ki, metronun fəaliyyətində hazırda məhdudiyyət tətbiq edilib, bu səbəblə hələ ki, 5-9-cu siniflərdə tədris prosesinin ənənəvi qaydada bərpası müzakirə olunur. Paralel olaraq, bölgələrdə tədrisin ənənəvi qaydada bərpasının daha erkən olacağı düşünülür”.

Gununsesi.info