Yaponiyanın 2014-cü ildə kosmosa göndərdiyi “Hayabusa2” kosmik gəmisi nadir və dəyərli metallarla zəngin “Ryugu” adlı asteroid aşkar edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 27 iyunda kosmik gəmi bu daşları əldə etməyə çalışacaq. Tərkibində titanium kimi nadir metalların olduğu təxmin edilən “Ryugu”dan analiz üçün nümunələr alınacaq. Xüsusi cihaz “Ryugu”nun üzərindəki toz, buz və digər qayaları parçalayaraq nümunə götürəcək. “Huyubasa2” 2 illik səfərdən sonra yerə qayıdacaq.
Qeyd edək ki, kosmik gəminin fəaliyyəti kosmos mədənçiliyi planları üçün əhəmiyyətlidir. Asteroiddəki qiymətli metalların dəyəri trilyon dollar hesab edilir.