Dəyişikliklər gənclərin siyasi fəallığını stimullaşdırır - millət vəkili

  • By admin
  • 30 İyul 2016 12:46

sevin feteli

 

“Azərbaycan Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklər gənclərin dövlət idarəçiliyində daha daha fəal iştirakına xidmət edir”.

Bu fikri Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, bu dəyişikliklər və əlavələr ölkənin milli təhlükəsizliyin möhkəmləndirilməsi, insan və vətəndaş hüquqlarının genişləndirilməsi, ölkədə idarəçilik sisteminin çevikliyinin və səmərəliliyinin artırılması kimi məsələlərin geniş spektirini əhatə edir. “Ancaq mən burada gənclərə olan münasibəti xüsusi qeyd etmək istərdim. Hesab edirəm ki, əlavə və dəyişikliklərdə dövlət gənclər siyasəti öz əksini tapıb. Yəni, bu dəyişikliklər daha çox gənclərin dövlət idarəçiliyində və siyasi proseslərdə stimullaşdırlmasına xidmət edir”- deyə, millət vəkili vurğulayıb. Konstitusiyaya edilən dəyişikliklikləri zəruru edən səbəblərə toxunan S.Fətəliyeva deyib ki, dünyada gedən proseslər, təbii olaraq, ölkələrin gündəmini də dəyişir, yeni reallıqlar ortaya çıxarır: “Bu gün Azərbaycan müasirləşmə xətti götürübsə, özünü dünyaya müasir dövlət kimi təqdim edirsə, bu, həm idarəçilikdə, həm qanunvericilikdə öz əksini tapmalıdır”. Demokratiyanın inkişafının mütəmadi bir proses olduğunu diqqətə çatdıran millət vəkili vurğulayıb ki, Azərbaycan da azad, demokratik cəmiyyət quruculuğu yolunda inamlı addımlar atır, Prezident İlham Əliyev tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri də bu kontekstdən dəyərləndirmək lazımdır. S.Fətəliyeva bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hamısı ölkəmizin yeni inkişaf mərhələsində günün tələblərinə uyğun olan aktual məsəslələrdir: “Bu dəyişikliklər eyni zamanda ayrı-ayrı istiqamətlərdə ölkənin gələcək inkişafına zəmin yaradr”.

 

Gununsesi.info