Dağıstanda Azərbaycan şahına məxsus qılınc oğurlanıb

  • Müəllif: admin
  • 11 İyun 2017 13:05

2077ea8f-41cc-4b6a-a08c-740039050267_292

 

Dağıstanın “Kubaçi bədii kombinatı” Dövlət unitar müəssisəsi nəzdində yerləşən muzeydən 90-dan çox eksponat oğurlanıb.

“Report” “AiF-Daqestan” nəşrinə istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda hadisə yerində qarəti “isti izlərlə” açmağa çalışan əməliyyat-istintaq qrupu işləyir, əşyaların dəyəri müəyyənləşdirilir.

Oğurlanan əşyalar arasında, həmçinin 1736-1747-ci illərdə Azərbaycan və İran şahı olmuş Nadirin qılıncı, üzərində Stalin və Kremlin təsviri olan gümüş vazalar və s. olub.

DİN-in məlumatına görə, naməlum şəxslər muzeyə giriş qapısını qıraraq daxil olublar. Muzeydə siqnalizasiya və peşəkar mühafizə sistemi olmayıb.

 

Gununsesi.info