Dağıstanda bir qrup şəxs polis bölməsini partlatmaq istədi

  • Müəllif: Firuzə
  • 30 Sentyabr 2025 12:49

Mahaçqala Sovet Rayon Məhkəməsi Buynaksk rayonunda polis məntəqəsini partlatmağa cəhddə şübhəli bilinən 4 nəfər barəsində həbs qətimkan tədbiri seçib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

“Bir qrup şəxs Buynaksk vilayətində polis bölməsini partlatmaq üçün sui-qəsd təşkil edib. Şübhəlilərdən biri partlayıcı qurğu hazırlamaq üçün komponentlər əldə edib və saxlayıb. Təqsirləndirilən şəxslər hüquq-mühafizə orqanları əməkdaşlarını öldürməyə cəhddə və qanunsuz olaraq partlayıcı qurğular hazırlamaqda şübhəli bilinirlər. Onlar 2025-ci il noyabrın 25-dək həbs olunurlar”, – məlumatda qeyd olunub.

 

Gununsesi.info