Dağıstanda yaşayan Azərbaycan vətəndaşı atasını öldürməkdə şübhəli bilinir

  • By admin
  • 26 Sentyabr 2020 22:24

Dağıstanda Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb. 

Gununsesi.info “RİA Dagestan”a istinadən xəbər verir ki, bu barədə yerli İstintaq İdarəsi məlumat yayıb.

İttihama görə, sentyabrın 25-də Dağıstanın Xasavyurt şəhərində kirayədə yaşayan 59 yaşlı kişi münaqişə zəminində oğlu tərəfindən öldürülüb: “Oğul atasına əllərilə çoxsaylı həyatı təhlükəli zərbələr endirdikdən sonra onu naməlum bir əşyadan istifadə edərək boğub”.

Şübhəli saxlanılıb, ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsinin 1-ci hissəsinə əsasən cinayət işi açılıb.

Gununsesi.info