
Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yolu yoxdur.
Gununsesi.info “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistanda səfərdə olan İran prezidenti Həsən Ruhani deyib.
“Bizim üçün həm Ermənistan, həm də Azərbaycan dost ölkələrdir. Ümid edirik ki, bölgədə sülh və sabitliyin bərqərar olunmasının şahidi olacağıq”- deyə, İran prezidenti vurğulayıb.
İran prezidenti əlavə edib ki, Qarabağ münaqişəsinin həlli bütün regionun xeyrinə olacaq: “Bu məsələnin hərbi həlli yoxdur. Biz problemin sülh yolu ilə həll olunmasını görmək istərdik“.
Gununsesi.info









