Dağlıq Qarabağda erməni əsgər öldürülüb

  • By admin
  • 23 Yanvar 2017 10:10
ermeni
Yanvarın 22-da axşam saatlarında erməni tərəfin atəşkəs rejimini pozması  erməni hərbçisinin ölümü ilə nəticələnib.
Gununsesi.info erməni mediasına  istinadən xəbər verir ki, erməni tərəfin atəşəkısi pozmasına Azərbaycan Silahı Qüvvələrinin cavab atəşi ermənilər tərəfdən itkiyə səbəb olub. Belə ki, atəşkəs rejiminin pozulması nəticəsində müqavilə əsasında xidmət edən 1995-ci il təvəllüdlü  Karen Maratoviç Ulubabyan ölüb. Erməni tərəfin verdiyi məlumata görə, hadisə yanvarın 22-də saat 23.25-də  Dağlı Qarabağın şərq hissəsindəki qoşunların təmas xəttində baş verib.
Qeyd edək ki, erməni tərəfin atəşkəs erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.
Gununsesi.info