Daha 3 qapı rusların üzünə bağlandı

  • By admin
  • 20 Sentyabr 2022 10:46

Baltikyanı ölkələr Ukrayna mühabirəsi səbəbindən Rusiyaya ediləcək səyahət məhdudiyyətlərini artıraraq bu gündən etibarən Rusiya vətəndaşları üçün sərhədlərini bağlayıb.

Gununsesi.info xəbər verir ki, Baltikyanı ölkələr Litva, Latviya, Estoniya Ukraynadakı müharibəyə görə məsuliyyət daşıyan qonşuları Rusiyaya səyahət məhdudiyyətlərini qüvvəyə mindirib.

Litvanın daxili işlər naziri Aqne Bilotaite Rusiya vətəndaşlarını hədəf alan məhdudiyyətlərin səbəblərindən danışıb:

“Rusiya gözlənilməz və aqressiv dövlətdir. Vətəndaşlarının 3/4-ü Ukraynadakı müharibəni dəstəkləyir. Müharibə tərəfdarlarının dünya üzrə, Litvaya və Aİ-yə sərbəst səyahət etməsi qəbuledilməzdir”.

Bilotaite vurğulayıb ki, Rusiya vətəndaşları tərəfindən müharibəyə bu cür dəstək Litvanın və Avropa İttifaqının təhlükəsizliyinə təhlükə yarada bilər.

Xatırladaq ki, Baltikyanı ölkələr – Litva, Latviya, Estoniya, eləcə də Polşa Rusiya vətəndaşlarını hədəf alan səyahət məhdudiyyətlərinin sentyabrın 19-dan qüvvəyə mindiyini açıqlayıb.

Gununsesi.info