“Daha 338 nəfərdə koronavirus aşkarlandı – 6 pasiyent vəfat etdi” – Operativ Qərargah

  • By admin
  • 18 İyun 2020 18:34

“Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”.

Bu barədə Gununsesi.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Operativ  Qərargahın statistik məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6100 koronavirus testi aparılıb.

 

 

Gununsesi.org