Daha bir deputat həbs olundu

  • By admin
  • 05 Noyabr 2016 10:16

deputat
Türkiyədə terrorla mübarizə çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) millət vəkillərinə qarşı əməliyyat keçirilib.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, bu gün Van şəhər Prokurorluğu HDP-nin Vandan olan millət vəkili Tuğba Həzər Öztürk “dokunulmazlığın kaldırılması” və onun həbsi ilə bağlı qərar verib.
Qeyd edək ki, HDP-nin Vandan olan millət vəkili Tuğba Həzər Öztürk terror təşkilatının təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, cinayətin və cinayətkarın tərəfini saxlamaqda ittiham olunur.

Anar

Gununsesi.info