Daha bir erməni hərbçisi yaralandı

  • By admin
  • 18 Yanvar 2018 11:30

30 yaşlı, müqavilə əsasında orduda xidmət edən Adibek Mikoyan aldığı güllə yarasından xəstəxanaya yerləşdirilib.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, hadisə yanvarın 17-də  Noyemberyan rayonu ərazisində baş verib.

Erməni hərbçi Noyemberyada xəstəxanaya yerləşdirilsə də, sonradan   yaralı hərbçi Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik hospitalına köçürülülb.

Hərbçinin vəziyyəti ağır-stabil qiymətləndirilir. Erməni hərbçinin hansı şəraitdə yaralandığı barədə məlumat verilmir.

Gununsesi.info