Daha bir intihara cəhd?

  • By admin
  • 15 Mart 2017 19:38

qayci

 

Bakıda 25 yaşlı qız qayçı ilə özünə xəsarət yetirib.

Report-un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, rayonun Mirqasımov küçəsindəki evlərdən birində yaşayan 25 yaşlı N.M qayçı ilə qarın nahiyyəsinə zərbə vurub.

O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun özünə xəsarət yetirməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Gununsesi.info