Daha bir ölkədən Rusiyaya zərbə: Rus hərbçilər geri qaytarıldı

  • Müəllif: admin
  • 02 İyun 2017 20:47

litva

 

Litva sərhədini keçmək istəyən Rusiyanın 4 hərbçisi geri qaytarılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat verən Litva Sərhəd Xidmətinin nümayəndəsi Gedryus Mişutis hərbçilərin Kalininqraddan Moskvaya gedən qatarda olduqlarını bildirib.

“Yoxlama zamanı Rusiyanın 4 hərbçisi mülki geyimdə bir kupedə olub. Litva sərhədini keçmək istəyən 4 və daha çox hərbçidən ibarət qrup hərbi tağım sayılır. Onlar tranzit keçmək üçün xüsusi icazə almalıdırlar”, – Mişutis qeyd edib.

 

Gununsesi.info