Daha bir partiya prezident seçkilərində ƏRDOĞANI DƏSTƏKLƏYƏCƏK

  • Müəllif: admin
  • 10 Yanvar 2018 16:18

Türkiyənin Böyük Birlik Partiyasının (BBP) lideri Mustafa Destici MHP lideri Dövlət Baxçalının 2019-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləməsi ilə bağlı səsləndirdiyi təklifi təqdir edib.

Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, BBP sədri Destici MHP lideri Dövlət Baxçalının bu bəyanatını düzgün qərar hesab edib.

“BBP olaraq, Türk milliyətçilərinin, mühafizəkarları ilə mənəviyatçılarının birliyindən məmuniyyət duyduğumuzu və dəstəklədiyimizi, bu iş birliyinin yanında olduğumuzu çox güclü şəkildə ifadə edirəm. Hətta, bu birliyə Səadət Partiyasının da qatılmasını arzu edirəm”- deyə, Destici bəyan edib.

O əlavə edib ki, qarşıdakı dönəmdə bu birliklər daha aktiv şəkildə meydana çıxacaq: “Bu da sonda Türkiyə üçün çox yaxşı nəticə ilə  bitəcək. Ona görə də MHP AKP birliyindən məmnuniyyət duyuram. BBP də bu birliyin yanındadır və qarşıdakı dönəmdə bu birliyə qoşulmaq üçün danışıqlara başlayacaq”.

Gununsesi.info